03Kibertəhlükəsizlik xidmətləri
Security Awareness
Kibertəhlükəsizlik təlimləri
Təhlükəsizlik texnologiyadan deyil, insanlardan başlayır.
01Xidmət haqqında
Kibertəhlükələrin əhəmiyyətli hissəsi insan davranışlarından və gündəlik istifadə vərdişlərindən qaynaqlanan risklərlə əlaqəlidir. Şübhəli keçidlərə daxil olmaq, saxta məktublara inanmaq və ya məxfi məlumatları düzgün idarə etməmək ciddi təhlükəsizlik insidentlərinə səbəb ola bilər.
Security Awareness Training — əməkdaşlara kibertəhlükələri tanımağı, məlumatlarla təhlükəsiz işləməyi və şübhəli hallarda düzgün qərar verməyi öyrədən maarifləndirmə proqramıdır.
LevelUP texniki biliyi olmayan əməkdaşlar üçün belə anlaşılan, real nümunələrə əsaslanan və gündəlik iş proseslərinə uyğun təlimlər təqdim etməyi hədəfləyir.
02Security Awareness
Təlim proqramlarına daxildir
- 01
Phishing və Social Engineering
Saxta e-poçtların, mesajların və dələduzluq cəhdlərinin tanınması.
- 02
Password Security & MFA
Güclü parol vərdişləri və çoxfaktorlu autentifikasiyadan istifadə.
- 03
Data Protection
Məxfi və korporativ məlumatların təhlükəsiz idarə edilməsi.
- 04
Safe Internet & Email Usage
İnternetdən, fayllardan və elektron poçtdan təhlükəsiz istifadə.
- 05
Remote Work Security
Uzaqdan işləmə zamanı təhlükəsizlik qaydaları.
- 06
Incident Reporting
Şübhəli fəaliyyət və təhlükəsizlik hadisələri barədə vaxtında məlumat verilməsi.
- 07
Executive Security Awareness
Rəhbər şəxslər üçün məqsədyönlü kibermaarifləndirmə.
03Security Awareness
Müştəri nə əldə edir?
- Əməkdaşların təhlükəsizlik biliklərinin artırılması
- İnsan faktorundan qaynaqlanan risklərin azaldılmasına dəstək
- Təlim nəticələrinin qiymətləndirilməsi
- Korporativ təhlükəsizlik mədəniyyətinin inkişafı
04Kibertəhlükəsizlik xidmətləri
Kimlər üçün uyğundur?
- Ölçüsündən və fəaliyyət sahəsindən asılı olmayaraq bütün şirkətlər
05Kibertəhlükəsizlik təlimləri
Biznes üçün dəyəri
- 01
Gündəlik işə uyğun bilik
Təlimlər real nümunələrə əsaslanır və əməkdaşların hər gün qarşılaşdığı hallara yönəlir.
- 02
Hər səviyyə üçün anlaşılan
Proqramlar texniki biliyi olmayan əməkdaşlardan rəhbər şəxslərə qədər müxtəlif auditoriyalara uyğunlaşdırılır.
- 03
Qiymətləndirilə bilən nəticələr
Test və simulyasiyalar təlim nəticələrini qiymətləndirməyə və növbəti addımları müəyyən etməyə imkan verir.
Təlim formatlarımız
Əyani
İnteraktiv sessiyalar
Onlayn
Uzaqdan təlimlər
Praktiki
Test və simulyasiyalar
06İş prosesimiz
Xidmətin icra yanaşması
- 01
Mərhələ 01
Ehtiyacların analizi
Auditoriya, rollar, mövcud bilik səviyyəsi və təşkilat üçün əsas risklər müəyyən edilir.
- 02
Mərhələ 02
Proqramın hazırlanması
Mövzular, təlim formatı və nümunələr təşkilatın fəaliyyətinə uyğunlaşdırılır.
- 03
Mərhələ 03
Təlimlərin keçirilməsi
Təlimlər əyani, onlayn və ya praktiki formatda, razılaşdırıldığı halda fişinq simulyasiyaları ilə keçirilir.
- 04
Mərhələ 04
Qiymətləndirmə və tövsiyələr
Təlim nəticələri qiymətləndirilir və təhlükəsizlik mədəniyyətinin inkişafı üçün növbəti addımlar təklif olunur.
07Konsultasiya alın
Bu xidmət üzrə konsultasiya
Ehtiyacınızı qısaca təsvir edin. Sorğunuzu nəzərdən keçirib sizinlə əlaqə saxlayacağıq və növbəti addımları birlikdə müəyyənləşdirəcəyik.